“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda zədələnib.
Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı müəyyən edilib.
Klubun açıqlamasına görə, Cəfərquliyevin bərpa müddəti təxminən iki həftə davam edəcək.
Müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında aparılır.