“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo Kiyev”ə qarşı keçirilən matç zamanı zədə ilə üzləşib.
Aparılan tibbi müayinələr nəticəsində onun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Müayinə və diaqnostika nəticələri klubun tibbi personalı tərəfindən təsdiqlənib.
Futbolçunun bərpa müddətinin təxminən iki həftə davam edəcəyi proqnozlaşdırılır. Onun müalicə və reabilitasiya proqramı klubun tibbi heyətinin nəzarəti altında aparılır.
Klubun gələcək planları və Elvinin komandaya qoşulması barədə qərarlar reabilitasiya prosesinin gedişindən sonra veriləcək.