Azərbaycan vətəndaşı Əskərov Tahir Aydın oğlu barəsində Qazaxıstan tərəfi ilə aparılan danışıqlar və tələb olunan beynəlxalq sənədlərin verilməsindən sonra Azərbaycana ekstradisiya edilib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində aparılan ibtidai istintaq materiallarına görə, ona qabaqcadan əlbir olan bir qrup şəxs ilə birgə satış məqsədilə külli miqdarda narkotik vasitəni ölkə sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirmədə əsaslı şübhələr var.

Toplanmış sübutlara əsasən, 25 fevral 2026-cı il tarixində Əskərov barəsində Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində qərar qəbul edilib. İstintaqdan yayındığı üçün ona həbs qətimkan tədbiri seçilib və İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əskərov Qazaxıstan ərazisində müəyyən edilərək saxlanılıb. Ekstradisiya prosedurları tamamlandıqdan sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.

Baş Prokurorluq bildirir ki, beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəyə ekstradisiyası üçün xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə əməkdaşlıq davam etdiriləcək.