“Qarabağ”ın oyunçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Dinamo Kiyev”ə qarşı matçda zədələnib.

Keçirilən tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı müəyyən edilib. Klubun bildirdiyinə görə, bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Elvin Cəfərquliyevin müalicəsi və reabilitasiyası “Qarabağ”ın tibbi personalının nəzarəti altında aparılır.