Slovakiyanın paytaxtı Bratislavada davam edən güləş üzrə U-20 dünya çempionatında mübarizə üçüncü günə keçib.
Yunan-Roma güləşi kateqoriyasında 55, 67, 72 və 97 kiloqram çəki dərəcələrində medalçılar müəyyənləşib.
Azərbaycanı 55 kq-da təmsil edən Emin Cavadlı bürünc medal görüşündə Yaponiyanı təmsil edən Hiro Sakamoto ilə üz-üzə gəlib.
Görüşü rəqibinə imkan vermədən 11:1 hesabı ilə xeyrinə başa vuran Cavadlı 55 kq-da dünya üçüncüsü olub.
Bu nəticə ilə Azərbaycan komandasının U-20 dünya çempionatında aldığı medalların sayı üçə çatıb. Ötən gündə Cavidan Nehmətov 77 kq-da gümüş, Tural Əhmədov 63 kq-da isə bürünc medal qazanmışdı.