Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Turnirin üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq çəki dərəcələrində medallar müəyyənləşib.
Azərbaycan yığmasının üzvü Emin Cavadlı 55 kq çəkidə bürünc medal uğrunda görüşdə yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Təmsilçimiz rəqibini 11:1 hesabı ilə məğlub edərək üçüncülüyü təmin edib.
Bu nəticə ilə millinin U-20 dünya çempionatındakı medallarının sayı üçə çatıb. Görüşdən əvvəlki gün Cavidan Nehmətov 77 kq-da gümüş, Tural Əhmədov isə 63 kq-da bürünc medal qazanmışdı.