Ermənistan Silahlı Qüvvələrinin bir hərbi hissəsində xidmət zamanı ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, əsgərlər arasında yaranan mübahisə zamanı çağırışçı olduğu bildirilen hərbçi ona verilmiş xidməti silahdan digər əsgərə atəş açıb. Güllə yarası alan hərbçi hadisə yerində ölüb.

Hadisənin dəqiq səbəbləri və digər təfərrüatları ilə bağlı hüquq-mühafizə orqanları və hərbi strukturlar tərəfindən araşdırma aparılır. Ermənistan Müdafiə Nazirliyi hələlik məsələyə dair rəsmi açıqlama verməyib.

Bildirilib ki, 2026-cı ilin əvvəlindən bəri Ermənistan ordusunda ondan çox hərbi qulluqçunun ölümü qeydə alınıb. Onların ən azı beşi müddətli həqiqi hərbi xidmətdə olan çağırışçılardır.