Ermənistanın bir hərbi hissəsində xidmət edən hərbi qulluqçunun ölməsi faktı qeydə alınıb.
Hadisə xidmətdə olan şəxslər arasında yaranan mübahisə zamanı baş verib. Münaqişə zamanı çağırışçılardan biri ona həvalə edilmiş silahdan xidmət yoldaşına atəş açıb. Açılan atəş nəticəsində hərbi qulluqçu dünyasını dəyişib.
Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib.
Xatırladılıb ki, 2026-cı ilin əvvəlindən etibarən Ermənistan Silahlı Qüvvələrində 10-dan çox hərbi qulluqçunun ölüm faktı qeydə alınıb və onların beşi müddətli həqiqi hərbi xidmət keçən çağırışçılardır.