Ermənistanda ABŞ tərəfi ilə birgə reallaşdırılan TRIPP layihəsinin icra gedişi barədə yeni məlumatlar açıqlanıb. Layihə çərçivəsində hazırda geniş tədqiqatlar, hesablamalar və axtarış işləri həyata keçirilir.

Məlumatlara görə, aparılan işlərə xüsusilə dəmir yolu komponentinin tədqiqi daxil edilib. Bu mərhələdə mövcud infrastrukturun texniki xüsusiyyətləri və marşrutun detalları öyrənilir.

Baş nazir müavini Mher Qriqoryanın ofisindən verilən açıqlamada bildirilib ki, marşrutun dəqiq parametrləri, layihənin ümumi qiyməti və dəmir yolu ilə bağlı texniki tələblər yalnız tədqiqatlar tamamlandıqdan sonra müəyyən ediləcək.