Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat həyata keçirilib.
Agentliyin sədri Vüsal Nəsirli tərəfindən imzalanmış əmrlə Fərhad Ələkbərov AAYDA-nın Hüquqi təminat departamentinin müdiri vəzifəsinə gətirilib.
Fərhad Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri kimi çalışıb.
Təyinatla bağlı başqa təfərrüatlar açıqlanmayıb.