Kaliforniyanın Monterey şəhərində keçirilən hərracda “Ferrari”nin tam elektrik versiyası Luce-un ilk prototipi 40 milyon dollara satılıb.
Hərracda çıxarılan avtomobil “Şassi 0” kimi qeyd olunub və modelin ilk seriya nümunəsi olduğu vurğulanıb. Avtomobil xüsusi xatirə lövhəsi ilə təchiz edilib.
Satışdan əldə olunacaq məbləğin xeyriyyə təşkilatlarına ayrılacağı bildirilir.
Bu satış nəticəsində Luce-un həmin nümunəsi hərracda indiyə qədər yeni avtomobillər arasında ən yüksək qiymətə satılan nümunə kimi rekord qoyub.
Qeyd olunur ki, “Ferrari”nin ilk elektrik avtomobili 26 may tarixində təqdim edilib. təqdimatdan sonra şirkətin səhmləri 8%-dən çox ucuzlaşaraq bazar dəyəri təxminən 5 milyard avroya enib.
Keçmiş “Ferrari” prezidenti Luka di Montedzemolo bu cür məhsulun şirkətin ənənəsinə zərər verə biləcəyini və elektrik maşında at embleminin qalxacağına ümid etdiyini bildirib.