Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin bildirdiyinə görə, fakt üzrə araşdırma Gəncə şəhər prokurorluğu tərəfindən aparılır.

Prokurorluq əməkdaşları hadisə yerində və tapılmış ölü döl üzərində baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin edilib. Hadisənin dəqiq hallarının müəyyənləşdirilməsi üçün digər zəruri prosessual tədbirlər icra olunur.

Araşdırmanın yekununa əsasən hadisəyə münasibət bildiriləcək və lazım gəldikdə hüquqi qiymət veriləcək.