Sərhəd Qoşunlarının keçmiş komandani, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında vəfat edib.

Onun sabah Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilib.

Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda anadan olub. Uzun müddət SSRİ Sərhəd Qoşunlarında xidmət göstərib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də o, Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı təyin edilib. Abbasəli Novruzov bu vəzifəni 2001-ci ilə qədər icra edib.