“Golden Boy — 2026” mükafatının yenilənmiş reytinqində İspaniya millisinin və Barselona klubunun müdafiəçisi Pau Kubarsi liderliyə yüksəlib.
Yenilənmiş siyahıda ilk onluq belə müəyyənləşib: 1. Pau Kubarsi (Barselona) 2. Lamin Yamal (Barselona) 3. Yan Diomande (Real Madrid) 4. Uorren Zair-Emeri (PSJ) 5. Əyyub Buaddi (Lill) 6. Viktor Froholdt (Portu) 7. Rayan (Bornmut) 8. Endrik (Real Madrid) 9. Eli Krupi (Bornmut) 10. Estevao Villian (Çelsi)
Golden Boy mükafatı Avropanın əsas liqalarında çıxış edən, 21 yaşadək olan oyunçular arasında ilin ən yaxşısını müəyyən etmək üçün verilir. Qaydalar oyunçuya karyerası boyunca bu mükafatı yalnız bir dəfə qazanmaq imkanı verir.
Bu səbəbdən 2024-cü ilin qalibi Lamin Yamal eyni titulu təkrarən əldə edə bilməyəcək.