Bu səhər İspaniyanın Qranada əyalətində 4.7 maqnitudalı zəlzələ baş verib və hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri vəziyyəti səbəbindən xəstəxanaya yerləşdirilib, digər ikisinin yaralanmaları yüngül qiymətləndirilir.

Yerli hakimiyyət təhlükəsizlik məqsədilə inzibati binaları, muzeyləri və idman komplekslərini ziyarətçilər üçün müvəqqəti bağlayıb. Hazırda yalnız sosial xidmət müəssisələri fəaliyyətini davam etdirir.

Yerli xilasetmə xidmətləri torpaq sürüşmələri və meydana çıxan çatlarla bağlı onlarla çağırış aldığını bildirib.

Paylaşılan foto və videolarda küçələrdə dağıntılar, aşmış ağaclar və ziyan görmüş avtomobillər görünür.

Qeyd edilir ki, avqustun 15-də Qranada yaxınlığında 5.0 maqnitudalı başqa bir zəlzələ də qeydə alınmışdı.