Gecə saatlarından başlayaraq Göygöl rayonunda müşahidə olunan intensiv yağışlar Zurnabad kəndinin əsas avtomobil yolunda ciddi ziyan yaradıb.
Sel sularının təsiri ilə kəndə gedən yol hissələri sıradan çıxıb və nəqliyyatın normal hərəkəti mümkünsüz olub.
Hadisə yerinə texnikalar gətirilib və hazırda yolun təmizlənməsi və hərəkətin bərpası üçün işlər görülür.
Eyni zamanda bildirilir ki, Gəncə ətrafı da daxil olmaqla dağ kəndlərində gecə yağan yağışlar səbəbindən gediş-gəlişdə əhəmiyyətli çətinliklər yaranıb.