Azərbaycanla Gürcüstanın dövlət sərhədində yük nəqliyyat vasitələrinin toplanması ilə bağlı məsələ müzakirə olunub. Hər iki ölkənin gömrük xidmətlərinin rəhbərləri yaranmış vəziyyəti müzakirə etmək məqsədilə görüş keçiriblər.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, müzakirələr çərçivəsində sıxlığın aradan qaldırılması və sərhədkeçmə prosedurlarının daha səmərəli təşkil olunması üçün zəruri addımların atılmasına qərar verilib.

Bildirilib ki, müəyyən olunmuş tədbirlərin tətbiqi planlaşdırılır və bu tədbirlər gələcəkdə sərhəddəki axının nizamlanmasına və keçidlərin sürətləndirilməsinə yönəlib.