Hacıqabul şəhərində qətl hadisəsi qeydə alınıb. Hadisə İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.

Qurbanın adı Zeynəb Qocayeva, 2007-ci il təvəllüdlüdir. O, avtomobildə boyun nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qızın qardaşı olduğu bildirilir. Şübhəli könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.