Hacıqabulda qətl hadisəsi qeydə alınıb.
Şəhərin İsmət Qayıbov küçəsində dayanan minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Cəfər Həsənov polisə könüllü təslim olub.
Fakt ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.