Keçmiş UFC çempionu Həmzət Çimayev promouter şirkətinin rəhbəri Deyn Uayta açıq müraciət edib.

Çimayev sosial media hesabında Deyndən cavab gözlədiyini yazaraq, döyüşmək istədiyini ifadə edib: “Nəyi gözləyirik? Deyn, mən döyüşmək istəyirəm”.

Çeçen idmançı bu ilin may ayında titul uğrunda mübarizədə Şon Striklendə məğlub olub və bu, onun peşə karyerasındakı ilk məğlubiyyətdir.

Hazırda Çimayevin sentyabrın 5-də keçiriləcəyi planlaşdırılan RAF Sərbəst Güləş Liqası tədbirində Tayron Vudliyə qarşı meydana çıxacağı gözlənilir.