Bakı şəhərinin 2040‑cı ilə qədər hazırlanmış Baş Planı nəqliyyat, sosial infrastruktur, ərazilərin yenidən təşkili, abadlaşdırma və yaşayış fondunun yenilənməsi kimi istiqamətləri nəzərdə tutur. Bu isə bəzi məhəllələrin gələcəkdə söküntü və ya yenidənqurma zonasına daxil olma ehtimalını artırır.
Belə ərazilərdən əmlak almaq alıcı üçün hüquqi və maliyyə riskləri doğura bilər. Bu səbəbdən ev və ya torpaq alışı öncəsi müvafiq sənədlərin və plana dair məlumatların diqqətlə yoxlanılması vacibdir.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, dövlət tərəfindən sökülən ərazilərin siyahısı müəyyənləşdirilsə də, kompensasiyanın hamıya eyni qaydada tətbiq edildiyi hallarla qarşılaşmaq olar. O, nümunə olaraq mərkəzi hissədə belə məbləğin 2700 manat səviyyəsində müəyyənləşdirilə biləcəyini vurğulayıb.
Azadov qeyd edib ki, eyni məbləğin köhnə, tam qəzalı və ya yüksək təmirli mənzillərə eyni qaydada şamil edilməsi ədalətsizlik yaradır və alıcı üçün risk təşkil edir. Buna görə də əmlak alarkən kompensasiya mexanizmlərinin hansı prinsiplər əsasında işlədiyini araşdırmaq məsləhət görülür.
Ekspert əlavə edib ki, bəzi hallarda daha əlverişli razılaşma əldə etmək mümkündür. Xüsusilə tikinti şirkətləri tərəfindən aparılan söküntü işlərində kompensasiya və əvəzləşmə yanaşmaları şirkətdən şirkətə fərqlənir; bir çox tikinti şirkəti vəsaitə qənaət etməyə çalışaraq əlavə sahələr üçün ödəniş etməyə bilər.
Azadovun sözlərinə görə, bəzi planlaşdırılan söküntü zonalarında yeni verilən mənzillərlə köhnə mənzillər arasında sahə baxımından orta hesabla 20–25 faiz, bəzi hallarda isə 30 faizədək fərq yaranır. Bu səbəbdən müəyyən ərazilərdə investisiya riski nisbətən az ola bilər, xüsusən də beşmərtəbəli, klassik