Hörmüz boğazında bir gəminin mühərrik bölməsinə naməlum obyektin dəydiyi və nəticədə ekipaj üzvləri arasında itkilərin qeydə alındığı bildirilib.

Hadisəni İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumatlandırıb və zərbənin gəminin mühərrik bölməsində meydana gəldiyini açıqlayıb.

Bildirilir ki, zərbə nəticəsində ekipaj üzvləri arasında ölən və ya yaralanan şəxslər olub. Gəmidə qalan digər ekipaj üzvləri Oman Sahil Mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.

Hadisənin səbəbi, dəymə vaxtı və miqyası ilə bağlı araşdırmaların davam etdiyi vurğulanıb.