Yaxın Şərqdə İranla davam edən münaqişəyə baxmayaraq, Körfəz ölkələri vasitəsilə həyata keçirilən genişmiqyaslı neft daşımaları qlobal neft qiymətlərinin sürətlə yüksəlməsinin qarşısını alıb.
Məlumata görə, gəmi yoluyla Hörmüz boğazından keçən neft yükü gizli ötürmələrlə Oman körfəzindəki tanker və gəmilərə yönləndirilir. Həmin əməliyyatların gəmilərə edilən hücumlar fonunda da davam etdiyi bildirilir.
Müharibə başlamazdan əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barel neft keçirdi ki, bu da dünya tədarükünün təxminən beşdə birinə bərabər hesab olunurdu.
ABŞ Energetika naziri Kris Raytın açıqlamasına görə, son bir həftə ərzində boğazdan gündə təxminən 9 milyon barel neft axını qeydə alınıb.
Analitiklər və bazar iştirakçıları davam edən daşımaların Brent markalı neftin qiymətinin avqust ayının böyük hissəsində 80–90 dollar aralığında qalmasına səbəb olan amillərdən biri olduğunu qeyd edirlər.
Bununla yanaşı, müharibənin uzanması halında bəzi bazar iştirakçıları neftin qiymətinin 150 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırmışdılar, lakin indiki şərtlər bu səviyyənin dərhal reallaşmasının qarşısını alır.