Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ordusunun istifadə etdiyi Odessa və İzmail limanlarına zərbələr endirilib.
Nazirliyin açıqlamasına görə, Odessada patrul katerləri və yanacaq anbarları hədəfə alınıb. İzmail limanında isə hərbi yük daşıyan gəmilərin boşaldılması üçün istifadə olunan terminal, Qərb silahlarının saxlandığı anbarlar və pilotsuz dəniz aparatlarının depoları vurulub.
Rusiya hərbi qurumunun bildirməsinə əsasən, əməliyyatlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Eyni zamanda, Nazirlik Ukraynanın Odessa şəhərində yerləşən “Novaya Poçta” adlı logistika mərkəzinin və Dnepropetrovsk vilayətindəki pilotsuz uçuş aparatları anbarının da vurulduğunu açıqlayıb.