Prezident İlham Əliyev son illərdə Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticarət əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib.
Dövlət başçısı qeyd edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib".
Prezident əlavə edib ki, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.