Türkiyənin Aydın şəhərində yol hərəkəti zamanı aktyor Nevzat Yakışırboyla avtomobil sürücüsü arasında mübahisə baş verib.
Hadisə motosikletlə hərəkətdə olan Yakışırboy ilə avtomobildə olan şəxs arasında yaranan anlaşmazlıq nəticəsində alovlanıb. Məsələni daha da gərginləşdirən an isə sürücünün ona “Nə olub, artisən?” deməsi olub.
Bu sözlərdən sonra Yakışırboy motosikletindən düşərək avtomobilin yanına yaxınlaşıb və sürücüyə “Düş aşağı!” deyərək sərt ifadələr işlədib.
Hadisənin anları videoya çəkilərək sosial şəbəkələrdə yayımlanıb və qısa müddətdə diqqətə səbəb olub. Videolarda tərəflərin mübahisəsi və Yakışırboyun avtomobilə yaxınlaşması görünür.
Hadisə barədə əlavə açıqlama və ya hüquqi addımlar barədə məlumat verilmir.