Prezident İlham Əliyev Bakıda Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.
Prezidentin sosial şəbəkə hesabında yayılan məlumata görə, görüşdə 20 ildən artıq davam edən tanışlıqdan irəli gələn xatirələr yad edilib və Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işlər müzakirə olunub.
Həmçinin tərəflər əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.