Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Hökumətinə minatəmizləmə sahəsində göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Dövlət başçısı bu fikri avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edərkən ifadə edib.

Prezident eyni zamanda minatəmizləmə istiqamətində ölkənin beynəlxalq əməkdaşlığı daha da genişləndirməyə ehtiyacı olduğunu qeyd edib.