Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistanın turizm sektoruna böyük həcmdə yatırım planlaşdırıldığını açıqlayıb.
Dövlət başçısı qeyd edib ki, Daşkənddə həyata keçirilən hotel və yaşayış kompleksləri layihələrinin portfeli 500 milyon dollar səviyyəsində müəyyən edilmiş Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun həcmini aşır. O, bəzi layihələr üzrə bağlanmış müqavilələrin fondun imkanlarını xeyli üstələdiyini vurğulayıb və təkcə turizm sahəsinə 5 milyard dollar civarında sərmayə yatırılmasının nəzərdə tutulduğunu söyləyib.
Prezident İlham Əliyev həmçinin Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin Azərbaycana ötürüldüyünü xatırladıb. Bildirilib ki, bu sahədə ilkin layihə artıq həyata keçirilib və tam istehsal mərhələsinə keçid davam edir.
Hacıqabulda ikinci zavodun tikilməsi planlaşdırılır və həmin bölgəyə 80 milyon dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur, - dövlət başçısı əlavə edib.