Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkəyə dövlət səfəri ilə gəlməyə dəvət edib.
Bu barədə dövlət başçısı mətbuata birgə bəyanat zamanı məlumat verib. Əliyev bildirib ki, Özbəkistanda aparılan islahatlar nəticəsində investisiya üçün əlverişli mühit yaranıb.
Prezidentin sözlərinə görə, Mirziyoyevin səyləri və müdrikliyi bu proseslərin formalaşmasında mühüm rol oynayıb və Azərbaycan tərəfi ölkədəki uğurları səmimi qəlbdən alqışlayır. O, iki xalq və dövlət arasında daha sıx əlaqələrin qurulması üçün birgə çalışacaqlarını vurğulayıb.
Sonda İlham Əliyev münasib bir zamanda Mirziyoyevin Azərbaycana dövlət səfəri ilə gəlməsini arzuladığını bildirib. Özbəkistan Prezidenti də dəvəti qəbul edib.