Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədin təsdiq edilməsi barədə fərmanlar imzalayıb.

Təsdiq edilən sənədlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri barədə Saziş;

2. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

3. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş;

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol;

5. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş.

Qeyd edilir ki, bu sənədlər 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanıb.