Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan əhali içməli su təminatında problemlə üzləşib.
Ömər Faiq Nemanzadə küçəsi, 98 ünvanında yaşayan sakinlərin bildirdiyinə görə, ərazidə təxminən 10 gündür suyun verilməsi dayandırılıb.
Yerli sakinlər qeyd edirlər ki, adətən su günaşırı məntiqi ilə çatdırıldığı üçün evlərin qarşısında qoyulan çənlərdən istifadə ediblər. Lakin son on gün ərzində həmin çənlərdəki ehtiyatlar da tükənib.
Vatandaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin suyun nə vaxt bərpa olunacağı barədə konkret məlumat almadıqlarını vurğulayırlar.
Hazırda sakinlər gündəlik ehtiyaclarını ödənişli su daşıyan maşınlarla təmin etmək və ya marketlərdən su almaqla ödəməyə məcburdurlar.