Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Zəngəzur dəhlizi layihəsinə dair məlumat verib.

Dövlət başçısı layihənin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdiyini və Azərbaycanın əsas hissəsində bu işlərin gələn il yekunlaşacağını vurğulayıb.

Prezident İlham Əliyev həmçinin Naxçıvan Muxtar Respublikasında müvafiq işlərin artıq başlandığını diqqətə çatdırıb.