23 avqust 2026-cı il — Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Zəngəzur dəhlizinin icrası ilə bağlı vəziyyəti qiymətləndirib.

Dövlət başçısı layihə üzərində aparılan işlərin fəal şəkildə davam etdiyini qeyd edib və Azərbaycanın əsas ərazisində dəhlizlə bağlı inşaat işlərinin gələn il tamamlanacağını vurğulayıb.

Prezident həmçinin Naxçıvan Muxtar Respublikasında dəhlizin reallaşdırılması istiqamətində müvafiq işlərin artıq başlandığını bildirib.