Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi göndərilib. FHN-in əməkdaşları yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirirlər.
Yanğının nə vaxt başladığı və səbəbi barədə hələlik məlumat verilməyib. Tədqiqat və hadisə yerində əməliyyatlar davam edir.