Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin xidmət zamanı igidlik və mərdlik göstərərək şəhid olmuş hərbi qulluqçuları ölümündən sonra təltif edilib.
Sərəncama əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər arasında mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev də yer alıb.
Hər iki hərbçi 2024-cü il 9 iyul tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidmət vəzifələrini yerinə yetirərkən ildırım vurması nəticəsində həlak olublar.