Cari ilin yanvar-iyun dövründə Azərbaycanda ümumilikdə 40 798 doğum faktı rəsmiləşdirilib.

Doğumların qeydiyyatı Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri vasitəsilə aparılıb. Bu dövrdə doğulanlar arasında 1 420 əkiz və 57 üçəm qeydə alınıb.

Doğulan uşaqların 53,5 faizi oğlan, 46,5 faizi isə qız olub. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,0-dan 8,0-a enib.

Eyni müddətdə ölkədə 30 625 ölüm halı qeydə alınıb və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə hesabla 5,8-dən 6,0-a yüksəlib.