İlin birinci yarısının yekunlarına görə, Azərbaycanda bank sistemində kredit portfeli və əmanətlərin strukturu üzrə müsbət dəyişikliklər qeydə alınıb.
Hesabat dövründə bankların kredit portfeli 5,8 faiz artaraq 31 milyard 821,3 milyon manat səviyyəsinə çatıb.
Bankların öhdəlik strukturu üzrə depozitlər hələ də üstünlük təşkil edir — depozitlərin xüsusi çəkisi ümumi öhdəliklərin 74,6 faizini təşkil edib.
Eyni zamanda, dedollarlaşma prosesi davam edib: son 1 ilin nəticələrinə əsasən, fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 1,6 faiz bəndi azalaraq iyun ayının sonuna 27,9 faizə enib.