İlin ilk yeddi ayında ölkədən 79,5 milyon ABŞ dolları məbləğində şəkər ixrac edilib və ümumilikdə 126,8 min tondan artıq həcmdə məhsul xaricə satılıb.
Keçən ilin eyni dövrü ilə müqayisədə şəkər ixracının dəyəri 2,6 dəfə, fiziki həcmi isə 2,9 dəfə artıb.
Bu dövrdə şəkərin ümumi ixracdakı payı 0,41 faiz təşkil edib. Qeyri-neft sektoru üzrə ümumi ixrac daxilində şəkərin payı isə 1,34 faiz olub.