İndoneziyanın şərq bölgəsində baş vermiş zəlzələ və onu izləyən afterşoklar nəticəsində ölənlərin sayı 68-ə yüksəlib, xəsarət alanların sayı isə 200-ü keçib.
Təbii Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli Agentlik itkin düşənlərlə bağlı hər hansı müraciətin daxil olmadığını, lakin mümkün qurbanların axtarış işlərinin davam etdiyini açıqlayıb.
Hakimiyyət zərərçəkənlərə ərzaq, çadır və digər zəruri ləvazimatların çatdırılması üçün təyyarələri hazırlayıb. Eyni zamanda bir neçə rayonda səhra tipli xəstəxanaların qurulması nəzərdə tutulur.
Zəlzələ nəticəsində təxminən 500 evə ziyan dəydiyi bildirilib. Güclü afterşoklar səbəbindən minlərlə sakin təhlükəsizlik məqsədilə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Rəsmi məlumatlarda həmçinin bölgədə təxminən 1 600 afterşok qeydə alındığı vurğulanır.