2026-08-20 — İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti ölkənin hazırda neft ixrac etmədiyini açıqlayıb.

Himməti bildirib ki, neft ixracı faktiki olaraq sıfıra enib və bu vəziyyəti ABŞ-ın dəniz blokadasının regiona təsirləri kontekstində qiymətləndirib.

O həmçinin qeyd edib ki, hökumət və Mərkəzi Bank bu ssenarini qabaqcadan proqnozlaşdırıblar və yaranan problemlə bağlı tədbirlər görülüb.

Mərkəzi bank rəsmisinin fikrincə, İranın əsas çətinliyi xaricdə saxlanılan maliyyə ehtiyatlarına çıxışın ABŞ tərəfindən məhdudlaşdırılmasıdır.