İranda ali rəhbər Müctəba Xameneinin sağlamlığı məqsədilə qurban kampaniyası çərçivəsində 10 min qoyunun qurban kəsiləcəyi elan olunub.
Məlumat SEPAH-ın rəsmi teleqram kanalı vasitəsilə yayımlanıb. Kampaniyanın təşkilatçıları vətəndaşlara müraciət edərək indiyə qədər iştirak edə bilməyənləri təşəbbüsə qoşulmağa çağırıblar.
Müraciətdə eyni zamanda dini mənbələrdən, o cümlədən hədisdən sitat gətirildiyi qeyd edilib.
Kampaniyaya dəstək vermək istəyənlər üçün bank hesabı açılıb və vətəndaşlara maliyyə yardımı vasitəsilə iştirak imkanının yaradıldığı bildirilib.