Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin və psixotrop tərkibli həblərin keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 55 kiloqram 105 qram olan narkotik vasitə və 1000 ədəd Metadon M-40 həb aşkarlanıb.
Qeyd olunub ki, avqustun 21-də 26 kiloqram 5 qram narkotik və 1000 ədəd Metadon M-40 həbi ölkəyə gətirməyə cəhd göstərən 1 nəfər, avqustun 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə daxil etməyə çalışan 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.