Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməkdə olan narkotik vasitələrin ələ keçirilməsi həyata keçirilib.
Ümumi çəkisi 55 kiloqram 105 qram təşkil edən narkotik vasitə ilə yanaşı, 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də 26 kiloqram 5 qram narkotik və 1000 Metadon həbi keçirməyə cəhd göstərən 1 nəfər, avqustun 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkəyə gətirməyə cəhd edən 3 nəfər saxlanılıb.
Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.