“İrşad” şəbəkəsi avqustun 21-dən 31-dək davam edəcək ənənəvi “Yaşıl Cümə” kampaniyasını yenidən keçirir. Aksiya çərçivəsində bəzi məhsullarda 70%-dək real endirimlər tətbiq ediləcək.

Kampaniya zamanı elektronika, məişət texnikası, mebel və digər kateqoriyalar daxilində müxtəlif endirimlərdən yararlanmaq mümkündür. Təkliflər həm mağazalarda, həm də onlayn platformalarda aktiv olacaq və yalnız göstərilən tarixlərdə qüvvədə olacaq.

Müştərilərə seçilmiş məhsulları 18 aya faizsiz, həmçinin 6 aya faizsiz və komissiyasız ödəniş şərtləri ilə əldə etmə imkanı təqdim olunur. Aksiyanın məqsədi gündəlik ehtiyaclardan tutmuş əvvəldən planlaşdırılan alışlara qədər fərqli kateqoriyalara sərfəli seçimlər təmin etməkdir.

Kampaniya çərçivəsində təqdim olunan bəzi xüsusi endirimli məhsullar:

- “Redmi 17” smartfonu 150 manat endirimlə.

- Dərs ilinin başlanmasına uyğun “Honor” planşetlərində 20% endirim.

- “iPhone 15, 16, 17” modellərinə 300 manat endirim.

- “iPhone 17 PRO” və “iPhone 17 PRO MAX 256 GB” modellərinə 500 manat endirim.

- “De'longhi ECAM 220.60.B” qəhvəbişirən 600 manat endirimlə.

- “Taube TB-ST90M” elektrik ülgücü əvvəlki qiymətinə nisbətən 75% endirimlə, 39.99 manat deyil, 9.99 manata.

- “Apple AirPods 4” qulaqlığı 110 manat endirimlə 289.99 manata.

- “XM Kettle Ardesto EKL-T32S” elektrik çaydanı 70% endirimlə 14.99 manata.

- “Smart Watch Mibro C4 (XPAW021) Silvery” ağıllı saatı 60% endirimlə 149.99 manat yox, 59.99 manata.

- Dərs ilinə yeni notbuk axtaranlar üçün “HP 250 G10 (8X9C9ES)” modeli 350 manat endirimlə satışa çıxarılacaq.

Aksiya müddəti ərzində xüsusi endirim və ödəniş şərtlərindən yalnız 21–31 avqust tarixlərində istifadə etmək mümkün olacaq.