Rusiyalı qarışıq döyüş növləri idmançısı İslam Maxaçev UFC tarixində ardıcıl qələbələrin sayına görə yeni rekord müəyyənləşdirib.

UFC 330 turnirində irlandiyalı İan Qarri üzərində qazandığı zəfərdən sonra Maxaçevin qələbə seriyası 17 döyüşə çatıb.

Rekorda çevirilən uğurlu seriya ABŞ-da keçirilən turnirdə amerikalı Kris Ueyd üzərində qələbə ilə başlamışdı. 2022-ci ilin oktyabrında Maxaçev yüngül çəki kateqoriyasında çempionluğa yüksəlib və kəmərini dörd dəfə müdafiə edib.

Daha sonra o, yarımorta çəki kateqoriyasına keçərək hazırda həmin çəkidə kəmərin sahibi hesab edilir.

UFC-nin əvvəllər qeydə aldığı ən uzun ardıcıl qələbə seriyası braziliyalı Anderson Silvanın 16 zəfəri idi.