Türkiyənin Trabzonspor klubu Urqvaylı hücumçu Darvin Nunezə transfer üçün intensiv iş aparır və tərəflər arasında razılaşmaya yaxınlaşdığı bildirilib.

Müzakirələr nəticəsində transferin icarə formasında gerçəkləşdirilməsi nəzərdə tutulur. Klubla futbolçu arasında ilkin razılıq əldə edildiyi, son detalların hələ də müzakirə olunduğu vurğulanıb.

Məlumatlara görə, Nunezin illik gəliri təxminən 20–22 milyon avro civarındadır. Trabzonspor futbolçunun maaşının təxminən 8 milyon avroluq hissəsini öz üzərinə götürməyi planlaşdırır, qalan məbləğin isə Nunezin hazırkı klubu tərəfindən ödənilməsi nəzərdə tutulur.

Hazırkı mərhələdə ödəniş cədvəli, bonuslar və müqavilədə satınalma maddəsinin olub-olmaması üzərində danışıqlar davam edir və bu məsələlər son qərarı müəyyən edəcək.

Keçmiş komanda yoldaşı Məhəmməd Salahın Nunez barədə səsləndirdiyi müsbət rəyin transfer prosesinə təsir göstərdiyi, Salahın rolunun bu keçidə kömək etdiyi qeyd olunur.

Darvin Nunezin karyera göstəricilərinə görə, o, ümumilikdə 306 qarşılaşmada meydana çıxıb, 117 qol vurub və 51 məhsuldar ötürmə edib.

Trabzonsporun Səudiyyə Ərəbistanında aparılan danışıqlar müsbət yekunlaşdığı təqdirdə uruqvaylı hücumçunu qısa müddətdə Trabzona gətirməyi planlaşdırdığı bildirilir.