İsmayıllıda baş verən zəhərlənmə hadisəsi nəticəsində 31 nəfər (23 qadın, 8 kişi) 20 avqust 2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-in məlumatına görə, zəruri tibbi xidmət göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş hesab edilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisəni məişət zəmnində zəhərlənmə kimi qiymətləndirib. Agentliyin ilkin araşdırması göstərib ki, zəhərlənmə Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilmiş toy məclisində baş verib.
AQTA-nın məlumatında bildirilir ki, ilkin mərhələdə 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib; onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğundan evə buraxılıblar. Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub və araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.
Agentlik yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraiti və temperatur rejiminə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayır.