İsmayıllıda Təzəkənd–Diyallı yolunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə nəticəsində ölənlərdən biri 60 yaşlı Elina Məmmədova olub. Qəzada həyatını itirən digər şəxsin ikiaylıq oğlan uşağı olduğu bildirilib.

Qəza zamanı xəsarət alanlar arasında 1996-cı il təvəllüdlü Türkanə Sadıqova, 2001-ci il təvəllüdlü İlahə İsmayılova, Məmməd Məmmədov, Faiq İsmayılov və Zahid Nuriyev var.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.