İsrail Müdafiə Qüvvələri (SAXAL) ötən gecə Suriyanın şimalındakı İdlib əyalətində yerləşən Əbu əd-Duhur hərbi hava limanına aviazərbələr həyata keçirib.
Məlumatlara görə, hədəflərə ən azı dörd raket buraxılıb və aerodromun uçuş-enmə zolağına ümumilikdə dörd zərbə endirildiyi bildirilir. Hadisə ilə bağlı ziyanın həcmi və mümkün tələfat barədə məlumatlar hələ təsdiqlənməyib.
İsrail Müdafiə Qüvvələri indiyədək əməliyyatla bağlı rəsmi şərh verməyib. Verilən məlumatlara əsasən, bu hərbi baza Suriya aviasiyası üçün son dövrlərdə bərpa edilən obyektlərdən biridir.
Bazada ekspert modifikasiyalı iki sovet istehsalı Su-22 qırıcı‑bombardmançısının yerləşdiyi, həmçinin L-39 təlim‑məşq təyyarələri və köhnə helikopterlərin də burada saxlandığı qeyd olunur.